Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayonunda “Wildberries” anbarında yanğın davam edir.
Rusiyanın onlayn satış şirkəti Azərbaycanda da - Anbar Tikməyi Planlaşdırır
FED.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində “Wildberries” anbarında baş verən yanğınla bağlı binanın daxilindən yeni görüntülər yayılıb.
Görüntülərdə “Wildberries” anbarının qəza və yanğın çıxışında yaşanan çaxnaşma əks olunub.
Böyük izdiham dar qapılardan çıxa bilməyib və təşviş keçirməyə başlayıb.
İşçilərin sözlərinə görə, anbarda olduqca çox sayda insan olub və yanğın baş verən zaman hara gedəcəklərini bilmədiklərindən dəhşət içində qaçmağa başlayıblar.
“Wildberries” əməkdaşlarının sözlərinə görə, yanğın məişət kimyəvi maddələrin olduğu rəflərə çatanda yanğınsöndürmə sistemi işə düşməyib. Daha sonra anbarda saxlanılan atəşfəşanlıq ləvazimatları binanın içərisində partlamağa başlayıb.
Çaxnaşma, həyəcan siqnalı və çıxışda böyük izdihamın yaranmasına baxmayaraq, malların oğurlanmaması üçün mühafizəçi bütün işçiləri yoxlamadan keçirmədən çölə buraxmayıb. Vəziyyət pisləşəndə və alov daha bir neçə mərtəbəni bürüyəndə işçilər mühafizəçiyə məhəl qoymadan çıxışa getməyə başlayıblar.
70 min kvadratmetr ərazini əhatə edən yanğın artıq lokallaşdırılıb.
Məlumata görə, bir kişi və bir qadın olmaqla ən azı iki nəfər xəsarət alıb.
***
Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayonunda “Wildberries” anbarında yanğın baş verib.
Bu barədə Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğın 1000 kvadratmetr ərazini əhatə edib. Yanğın 2-ci dərəcəli olaraq qiymətləndirilib.
Hadisə yerinə 20 yanğınsöndürən maşın və 83 xilasedici cəlb olunub.
Hələlik itkilər barədə məlumat yoxdur. Hadisənin səbəbi araşdırılır. (Oxu.az)