Rusiyanın ən böyük onlayn pərakəndə şirkəti Wildberries, fəaliyyət göstərdiyi bütün ölkələrdə yeni anbarların tikintisini nəzərdən keçirir.
Rusiyanın iri onlayn pərakəndə satış şirkəti Azərbaycan bazarına - DAXİL OLDU
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Wildberries şirkətinin təsisçisi və baş direktoru Tatyana Bakalçuk məlumat verib.
Bakalçuk qeyd edib ki, ticarətin artması səbəbindən şirkət üçün logistikanı yenidən qurmaq vacibdir.
Wildberries Rusiyanın ən böyük onlayn pərakəndə satıcısıdır. Saytın 2022-ci il üçün dövriyyəsi əvvəlki illə müqayisədə 98% artaraq 1,669 trilyon rubl təşkil edib. Wildberries Rusiyadan başqa Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, İsrail və Azərbaycan bazarlarında fəaliyyət göstərir. Avqustun ortalarında Wildberries-in planları ilə tanış olan bir bazar mənbəsi şirkətin Çin bazarına daxil olmağı öyrəndiyini və artıq potensial tərəfdaşlarla danışıqlara başladığını bildirib.
Qeyd edək ki, “Forbes” jurnalı Rusiyanın ən varlı qadınlarının reytinqini açıqlayıb və bu reytinqə yeddi milyarder daxildir. Siyahıya Wildberries-in təsisçisi Tatyana Bakalçuk başçılıq edir. Onun sərvəti 7 milyard dollardır. (Marja)