Biləcəri qəsəbəsində yaşayan vətandaşın bank hesabından pul oğurlayan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.