Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
FED.az xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.
Eləcə də bax: Azərbaycan şirkəti Ukraynada daşınmaz əmlak obyektləri tikəcək
Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.
...
Xarkovda An-26 təyyarəsinin qəzaya uğraması səbəbindən sentyabrın 26-sı vilayətdə matəm günü elan olunub.
Matəm günü Xarkovdakı bütün dövlət qurumlarında, müəssisə və təşkilatlarında bayraqlar endiriləcək və onların üzərinə matəm lenti qoyulacaq. Yerli idarəetmə orqanlarına da analoji tədbirlər görmək tövsiyə edilib. Qeyd edək ki, göyərtəsində kursantların olduğu təyyarənin qəzaya düşməsi nəticəsində 25 nəfər dünyasını dəyişib.
...
Ukraynanın Xarkov vilayətində təyyarənin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib ki, ilkin məlumatlara görə, qəzaya səbəb An-26 təyyarəsinin sol mühərrikinin sıradan çıxması olub.
“Sol mühərrikin sıradan çıxması ilə bağlı pilotdan bildiriş var idi”, - Kuçer deyib.
***
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 5-i heyət üzvü, 18-i kursantdır. Göyərtədəkilərdən 20-si ölüb, 2-nin vəziyyəti ağırdır.
***
Ukrayna DİN qəza ilə bağlı daha bir məlumat yayıb. Bildirilir ki, göyərtədə 28 nəfər olub. onlardan 7-si heyət üzvü, 21-i kursantdır.
***
Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib.
***
Xarkovda təyyarənin qəzaya uğraması zamanı həlak olanların sayı 25 nəfərə çatıb. Bu barədə Ukrayna Baş Prokurorun Ofisi bildirib.
Təyyarənin qəzaya uğraması faktı ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Uçuş qaydalarının pozulması" maddəsi ilə cinayət işi başladılıb.