Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyasının - ÜNVANI DƏYİŞİB
FED.az xəbər verir ki, diplomatik nümayəndəlik əlaqə saxlamaq, xüsusən də yardımlarla bağlı əlaqə telefonlarını açıqlayıb.
Vətəndaş aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Mərkəzi nömrə: +994 12 444 73 20
Konsolosluq şöbəsi: +994 12 444 73 43
Qaynar xətt: +994 51 206 08 04
Elektron- poçt adresi: [email protected]. tr
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.