Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib.
Azərbaycandan 13 avtomobildən ibarət kolon - Türkiyəyə Yola Salındı
FED.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, Babək prospektində yerləşən "Doğtaş Mebel" qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə dəyişdirilib.
Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.