Türkiyə bir çox nöqtədə meşə yanğınları ilə mübarizə aparır.
Türkiyədə yanğınlar otellərə – TURİSTLƏRİ TƏXLİYƏ EDİRLƏR
FED.az xəbər verir ki, 6 şəhərdə alovlara müdaxilə davam edir. İndiyədək yanğınları nəzarət altına almaq mümkün olmayıb. Yanğın kənd evlərinə, villalara və otellərə sıçrayıb.
Antaliyadakı yanğında 3 nəfər, Muğla Marmarisdə 1 nəfər vəfat edib.
Mersin Silifkedəki yanğın səbəbilə Mersin-Antaliya yolu nəqliyyata bağlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğını olan bölgələrdən anban məlumat alır.
Yanğınların təxribat olduğu versiyası da tez-tez dilə gətirilir.(marja)