Türkiyə də bir neçə gün əvvəl başlanan meşə yanğınları ölkənin əsas turizm kurortlarını əhatə edib və artıq turizm sektoruna ciddi problemlər yaratmağa başlayıb.
FED.az Türkiyə mətbuatına istinadən bildirir ki, indiyədək yanğınları nəticəsində azı 183 nəfər xəsarət alıb.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli bildirib ki, onlardan 3 nəfər həlak olub, 15 nəfər xəstəxanada müalicə alır, digərləri evə buraxılıb.
Manavqatda başlayan yanğınlar əsas turizm kurortu olan Bodruma da yayılıb. Otellərdəki turistlər təxliyyə edilir. Meşə yanğını Bodrumdakı məşhur «Titanic Otel»ə yaxınlaşıb. Oteldə olan bütün qonaqlar dəniz yolu ilə təxliyyə edilib və ya yaxınlıqdakı başqa otellərə köçürülüb.
Hazırda yanğının söndürülməsinə 2 helikopter və 20 suçiləyici cəlb edilib. Bölgədə quru yolu bağlanıb, yalnız yanğınsöndürənlərin girişinə icazə verilir.
İyulun 29-da yanğın Bodrumla yanaşı, Muğlaya, Adana və Kayseri şəhərlərinə də yayılıb.
Türkiyə rəhbərliyi meşə yanğınlarnın qarşısınnı alınması üçün tədbirlərə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan bunnula bağlı hökumət üzvləri ilə müzakirələr aparır.
Bodrumdakı turistlər bildirir ki, yanğının onlara çatdığını kondisionerdən tüstü çıxdıqda hiss ediblər. Sonra vəziyyət sabitləşib, hətta bəzi turistlər dənizdə istirahətə davam ediblər.
Marmarisdə isə turistlər çimərliyə çemodanla getməli olublar. Yanğını isə təyyarələr və helikopterlər vasitəsilə söndürməyə cəhd edirlər.