Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb. 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də partlayış baş vermiş kömür mədənində 15 nəfərin xilas edilməsi üçün tədbirlər davam etdirilir.
***
Eləcə də bax: Bakı-Qazax yolunun bir hissəsini su basıb – «AZƏRSU»DAN AÇIQLAMA
FED.az xəbər verir ki, enerji və təbii ehtiyatlar naziri Fatif Dönməz bildirib ki, mədəndə qalan 15 nəfərin yeri müəyyənləşdirilib.
Daxili işlər naziri Süleyman Soylu partlayışdan sonra 58 mədənçinin xilas edildiyini, 15 nəfərin xilas edilməsi üçün tədbirlər görüldüyünü bildirib.
Qeyd edək ki, daş kömür mədənində partlayış baş verməsi nəticəsində 28 mədənçi həlak olub, 11-i yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. (Apa)