Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) “Türkiyə Tək Ürək” kampaniyasına 30 milyard türk lirəsi (2,7 milyard manat) ianə etdiyini açıqlayıb.
«Türkiyə, tək ürək» yardım kampaniyasında – 6 MİLYARD DOLLAR TOPLANDI
FED.az xəbər verir ki, baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ortaq canlı yayımla TV və radiolarda keçirilmiş "Türkiyə Tək Ürək" kampaniyasına çoxlu tanınmış şəxslər qatılıb.
Kampaniya zamanı ən çox ianəni 30 milyard lirə ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı edib.
Yardım kampaniyasında cəmi 115 milyard 146 milyon 528 min türk lirəsi (10 milyard 400 milyon manat) toplanıb. (Marja)