Türkiyədə zəlzələdən çərər çəkənlərə kömək üçün fevralın 15-də Türkiyə televiziyalarında «Türkiyə, tək ürək» yardım marafonu başlanıb.
FED.az xəbər verir ki, yarlam kampaniyası yüzlərlə televiziya və radio kanalarında canla yayımlanıb. Televiziya yayımını təkcə Türkiyədə 200 televiziya yayımlayıb, eləcə də marafon 562 radioda yaayımlanıb. Bundan başqa veriliş Azərbaycan və Şimali Kipr kanalları ilə də orta şəkildə canlı yayımlanıb və ianələr toplanıb.
Canlı yayımda bütün dünyadan şinsanlar, təşkilatlar və şirkətlər Türkiyəyə yardımlar köçürüb. Tanınmış şəxslər müxtəlif formada ianələr edib.
Canlı yayım zamanı fəlakət bölgələrində zərərçəkənlər üçün ümumilikdə 115 milyard lirədən artıq vəsait toplanıb, 9 milyondan artıq SMS göndərilib.
Bu məbləğə təqribən 100 min ev inşa etmək olar.
Canlı yayımda Azərbaycanın SOCAR şirkəti 3,5 milyon lirə ianı edib. Aparıcılar bildirib ki, «SOCAR zəlzələnin ilşk günündən əlini daşın altına qoydu».
Türkiyədə fəaliyyət göstərən beynəlxalq «Rixos» brendinin təsisçisi Fettah Temince 100 milyon TL yardım etsə də, aparıcıların «bunu 120 milyon edek» deməsindən sonra məbləği daha 20 milyon lirə qaldırıb.