"Sədərək" ticarət mərkəzini yenə su basıb.
Mallar su altında qaldı, ziyan ödəniləcək? - VİDEO
Yağış suları bəzi obyektlərin içərisinə dolub, mallar su altında qalıb.
FED.az xəbər verir ki, sahibkarlar ciddi ziyanla üzləşdiklərini, hətta yağıntı suları səbəbindən öz obyektlərinə daxil ola bilmədiklərini deyiblər.
Sahibkarların sözlərinə görə, bəzi mağazalarda su çəkə bilən hər şey islanıb. Mallara da su dəydisə, rəngi dəyişir, kiflənir.
Sahibkarlar bildirirlər ki, qurutəmizləməyə verilən məhsulların da satış qiyməti 40 faizə yaxın enir.
Ticarət mərkəzindən isə bildirildi ki, hazırda yağıntı sularının çəkilməsi ilə bağlı iş görülür və sahibkarlara dəyən ziyan araşdırılır.
Təkcə mağazalar deyil, avtomobil sahibləri də ziyanla üzləşiblər. Ticarət mərkəzinin parklanma yerini də su basdığı üçün ərazidə bir neçə nəqliyyat vəsitəsinin nömrəsi itib.
Qeyd edək ki, sözügedən ticarət mərkəzində bundan əvvəl də dəfələrlə subasma halları olub və sahibkarlara dəyən ziyan özləri tərəfindən qarşılanıb.