Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həlak olmuşdu.
Böyük Britaniyanın "RPS Energy Ltd" şirkətinin əməkdaşları Tərtərdə minaya düşdü - 3 NƏFƏR ÖLDÜ
FED.az xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb.
Partlayış zamanı “RPS Energy Ltd.” şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olub.
Qeyd edək ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (Apa)