Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qəsdən yanğın törədən sahibkarların - SUBSİDİYASI KƏSİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir.
FED.az xəbər verir ki, yanğın Kərkənd ərazisində mürəkkəb dağlıq relyefə malik sahədə qeydə alınıb. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub.
İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.
Əlavə məlumat veriləcək.