Meşə yanğınların qarşısının almaq üçün aidiyyatı qurumlarla işlər aparılır.
Ağsuda taxıl sahəsi yanıb - VİDEO
FED.az xəbər verir ki, "Ekologiyanın mühafizəsi" ilə bağlı keçirilən mətbuat konfransda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və ehtiyatsızlıqdan baş verir.
Mətbuat konfransında qəsdən yanğın törədən biçənək və təsərrüfat işlərini məğul olan sahibkarlara ayrılan subsidiyaların dayandırılması ilə bağlı müraciət olunub:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici işlər aparılır. Əksər yanğınları biçənək və təsərrüfat işlərini məğul olan sahibkarlar tərəfindən qəsdən törədildiyi məlum olur. Fikirləşirlər ki, torpağı yandırandan sonra gələn mövsüm daha yaxşı məhsul alırlar. Lakin bu belə deyil. Biz bununla bağlı adiyyatı qurumlara da müraciət etmişik, bu cür hərəkət edən şəxslərə ayrılan yardımlar, subsitiyalar dayandırılsın". (Apa)