Təkanın baş verməsi 10 saniyədən az çəkib. Heç bir fəsad olmayıb, dağıntılar yoxdur.
Bakıda zəlzələ olub – TELEFONLARA BİLDİRİŞ GƏLİB
FED.az xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.
O xatırladıb ki, dünən yerli vaxtla 00:01-də Xəzər dənizində Azərbaycanın şimal-şərq hissəsində 65 km dərinlikdə maqnitudası 5.5 olan zəlzələ baş verib.
"Zəlzələnin maqnitudası az olub, bəzi yerlədə hiss edilib. Gecə baş vermiş təkanın heç bir təhlükəsi yoxdur. Çox dərinlikdə yerləşir. Birmənalı olaraq belə təkanlar ciddi dağıntılar törədə bilməz. İlk zəlzələ qədər də güclü zəlzələ ola bilməz. Gecə səhərə qədər təkanlar olsa da, hiss edilməyib. Yayılan şayiələrə inanmayın”, - Qurban Yetirmişli qeyd edib. (Apa)