Bakıda yüngül zəlzələ hiss olunub.
FED.az xəbə verir ki, yeraltə təkan və ya titrəyiş Bakının müxtəlif ərazilərində, o cümlədən Yasamalda, Xırdalanda, Əhmədli və Bakıxanov qəsəbələrində hiss olunub.
Qeyd edək ki, təkan hiss olunan vaxt bəzi istifadəçilərin telefonlarına yüngül zəlzələ olması barədə bildiriş gəlib. Bildirişdə qeyd edilir ki, zəlzələ 5,5 bal gücündə olub, amma onun episentri 160 kilometr kənarda, dənizdədir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təkanlar regionlarda, o cümlədən Qax, Zaqatala və Xaçmazda da hiss olunub.
Təkanın təkrarlanacağından ehtiyat edən bəzi çoxməttəbəli bina sakinləri binaların həyətinə eniblər.