Zəlzələnin təsir etdiyi Türkiyənin 11 vilayətində 3 milyon 520 min mənzildən ibarət 927 min binanın ekspertizası başa çatıb.
FED.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Türkiyədə tikiləcək binalar - 3-4 MƏRTƏBƏLİ OLACAQ
Onun sözlərinə görə, dağılmış, təcili sökülməli və ağır zədələnmiş binaların sayı 118 mindir. 16 min bina dərhal sökülməlidir.
Nazir Murat Kurum bildirib ki, Türkiyə Cümhuriyyətinin tarixindəki ən böyük mənzil tikintisi kampaniyasına başlanacaq:
"Prezidentimizin rəhbərliyi ilə 11 vilayətdə Cümhuriyyət tarixinin ən böyük fəlakətli mənzil tikintisi səfərbərliyini həyata keçirəcəyik və vətəndaşlarımıza təhlükəsiz evlərin açarlarını verəcəyik. Martın əvvəlində 30 min evin tikintisinə başlayacağımızı bildirmişik. İnşallah bu rəqəmi daha da artıracağıq. Binalar birinci mərtəbədən əlavə 3-4 mərtəbəni keçməyəcək". (Marja)