Zəlzələdən zərər çəkmiş 10 vilayətdə məskunlaşma sahələri müəyyən edilib. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır. Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq.
Türkiyədə zəlzələ bölgəsində 62 minə yaxın - BİNA SÖKÜLMƏLİDİR
FED.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir həftə ərzində 10 vilayətdə bütün zərər qiymətləndirmə işləri tamamlanacaq. “Mart ayında evlərin tikintisinə başlamağı planlaşdırırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində on minlərlə insan ölüb. Təbii fəlakətdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. (Xəzərxəbər)