Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.
"Bravo"dakı silahlı basqında yaralanan "Unibank"ın əməkdaşıdır - BANKDAN AÇIQLAMA
“Bravo”dan hadisə ilə bağlı - YENİ AÇIQLAMA
Bakıda “Bravo”da silahlı insident - Ölən və Yaralanan Var - VİDEO - YENİLƏNİB
DİN və Baş Prokurorluq "Bravo"ya basqınla bağlı - AÇIQLAMA YAYDI
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir. "Həyatını itirmiş Həşimov Rüfət Rahib oğluna Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk"-deyə açıqlamada deyilir.
Qeyd edək ki, insident Baş Prokurorluq tərəfindən araşdırılır. Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir. Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək.