Azərbaycanda 2023-cü ilin sonlarına qədər yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması qarşıya hədəf qoyulub.
ELƏCƏ DƏ BAX: Yeni Dövlət Proqramını – TƏSDİQLƏDİ - TAM MƏTN
FED.az-ın məlumatına görə, bu. Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək aşağıdakı hədəflərə çatmaq nəzərdə tutulur:
- yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması;
- yol-nəqliyyat hadisələrində sağlamlığına ağır və ya az ağır zərər vurulan
şəxslərin sayının 30 faiz azaldılması;
- yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması;
- yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması
Qəzalar 30 faiz azalacaq - GÖZLƏNİLƏN NƏTİCƏ
21:51
27 Dek 2018