Hadisə

Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb - ÖLƏNLƏR VAR

Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb - ÖLƏNLƏR VAR | FED.az
10:42 8 Okt 2018

Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

ELƏCƏ DƏ BAX: Turistlər İmişlidə kirayəni necə artırdı? – ƏMLAK BAZARI

FED.az xəbər verir ki, ”Report”un məlumatına görə, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib. 

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yan ğın zamanı bir nəfər ölüb iki nəfər yaralanıb.

 Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər