Hadisə

Leriklilərin bank hesabından - PUL OĞURLANIB

Leriklilərin bank hesabından - PUL OĞURLANIB | FED.az
18:47 6 Yan 2020

Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb. Bu barədə FED.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Eləcə də bax: "Borcumu qaytarmaq üçün 124 nəfərin hesabından pul çıxardım - BANK XƏBƏRSİZ İDİ"

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib. 

Eləcə də bax: Amerikalı haker azərbaycanlı sahibkarın - BANK HESABINI SOYDU

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib. 

Eləcə də bax: Kartdan oğurlanmış pulları necə geri qaytarmaq olar?

Digər xəbərlər