Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu ləğv prosesində olan “Bank of Azərbaijan” ASC-ni (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) məhkəməyə verib.
FED.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinə müraciət edən Sahibkarlığa Kömək Fondu borclunun əmlaklarının üzərinə həbs qoyulması barədə tələb irəli sürüb.
Məhkəmə qərardad çıxararaq təqdimatı təmin edib.
Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə qərardadı ləğv edib, icraata xitam verib.
Eləcə də bax: Problemli kreditlərin həlli ilə bağlı mexanizm və qayda - AÇIQLANDI