Son günlər yağan güclü yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.
Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı
FED.az xəbər verir ki, Qazax rayonu ərazisində çay məcrasından çıxıb. Ətraf əraziləri su basıb. Əkin sahələri və təsərrüfatlara ziyan dəyib. Rayonun əsasən Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar yaranıb. Bu, may ayında Kür çayının Qazaxdan keçən hissəsində müşahidə olunan ikinci daşqındır.
İndiyə kimi Qazax rayonunun Aşağı Salahlı kəndinin sakinlərinə məxsus 230 hektara yaxın torpaq sahəsinin su altında qaldığı bildirilir. (Apa)