Banner

Hadisə

Kəmaləddin Heydərov qəzaya düşdü - VİDEO

Kəmaləddin Heydərov qəzaya düşdü - VİDEO | FED.az
09:58 21 May 2020

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzaya düşüb.

FED.az-ın “BakuPost”a istinadən məlumatına görə, nazir dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.

Eləcə də bax: Yevlaxda bank avtomobili qəzaya düşdü - ÖLƏN VAR

Mühafizəçilər dərhal naziri arxadakı maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.  

Həmin görüntüləri təqdim edirik:

Digər xəbərlər

Banner