İsmayıllı rayonunda güclü yanğına evlərdən birinin zirzəmisindəki qaz balonunun partlaması səbəb olub.
FED.az xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Əkbərov Eldəniz Ağaməşədi oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev tamamilə yanıb, 1987-ci il təvəllüdlü Əkbərov Aqşin Elburus oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev və içərisindəki əşyalar, eləcə də evə bitişik 30 kvadratmetrlik mağaza, 80 kvadratmetrlik anbar və içərisindəki məişət əşyaları və elektrik avadanlıqları, qonşuluqdakı mağazanın tavanı yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədir, yanğının tamamilə məhdudlaşdırılması işləri görülür.
Faktla bağlı araşdırma aparılır
***
İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. (Report)