Amerikalı iş adamı İlon Mask “SpaceX” şirkəti rəsmi Ankaradan icazə alan kimi Türkiyəyə “Starlink” peyk rabitə sistemləri göndərməyə hazır olduğunu bildirmişdi.
FED.az xəbər verir ki, Türkiyə hökuməti amerikalı sahibkar İlon Maskın ölkəyə zəlzələdən sonra yardım üçün “Starlink” peyk rabitə sistemlərini bağışlamaq təklifini qəbul etməyib.
***
İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Türkiyə zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib
FED.az xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 76 nəfər həyatını itirib, azı, 440 yaralı var. (Apa)