Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.
FED.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu danışıb.
“Fövqəladə Hallar İdarəsi ilə birlikdə bölgələrə xilasedicilər göndərmişik. Zəlzələdən ən çox zərər çəkən şəhərlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır. Yeraltı təkanlar, həmçinin Ankara və Kayseridə də hiss edilib”, - deyə S.Soylu qeyd edib.
“Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, - DİN başçısı bildirib.