Baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.
AZAL-ın sərnişin təyyarəsi - QƏZAYA DÜŞDÜ - VİDEO - YENİLƏNİB
FED.az xəbər verir ki, baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə dövlət başçısının tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.