Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.
Bu barədə "Tengri" teleqram kanalı məlumat yayıb.
Təyyarədə 107 sərnişin, 5 ekipaj üzvü olub.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
FED.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Ətraflı məlumat veriləcək.