Hadisə

“Gənclik mall”da insident

“Gənclik mall”da insident | FED.az
20:30 27 Avqust 2019

Bu gün “Gənclik mall” da mühafizəçilərlə müştəri arasında insident yaşanıb.

ELƏCƏ DƏ BAX : Binəqədidə “Favorit” market yanıb, 1 nəfər tüstüdən zəhərlənib - VİDEO

FED.az xəbər verir ki, bu barədə hadisəyə şahidlik etmiş şəxslər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, “Gənclik mall”un mühafizəçiləri bir xanımı hər kəsin içində uca səslə təhqir edib, hətta sürüyüblər. 

Məsələ ilə bağlı ticarət mərkəziylə əlaqə saxlanılıb. Məlumat mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş: “Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub. Mühafizəçilər bu vəziyyətdən sonra xanımı oradan güclə çıxartdılar. Belə bir halın yaşanmasına görə, sözügedən mühafizəçilərə töhmət verilib”.

mənbə : qafqazinfo.az

Digər xəbərlər