"İnsan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyəti qurumların hesabat verməsi, təqsirkarların cəzalanmasının gündəmə gətirilməsi daha doğru olardı".
Eləcə də bax: Bakının mərkəzində gecə klubunda partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO, FOTOLAR
FED.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.
"Partlayış baş verən gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?" sualı ilə çıxış edən O.Gündüz bildirib ki, 2018-ci il 3 iyul tarixli enerji böhranından sonra Prezident yanında müşavirə keçirilirdi:
"Müşavirədə fövqalədə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək FHN–in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin "Azərenerji" tərəfindən icra edilmədiyini bildirmişdi. 2019-cu il 28 mart tarixdə isə "Diqlas"da baş verən yanğınla bağlı da Prezident yanında müşavirə keçirilirdi. Müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək onun rəhbərlik etdiyi Nazirlik tərəfindən verilən tapşırıqların Nizami Rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi. Bu gün gecə klubunda baş verən partlayışla bağlı Baş Prokurorluq səhlənkarlıq-ehtiyatsızlıqdan ölümə səbəbolma ilə bağlı cinayət işi başlayıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqı Baş Prokurorluq aparacaq. Prokurorluq da açıqlamasında hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış propan qaz balonundan sızma nəticəsində baş verməsini qeyd edib. FHN isə partlayış olan obyektdə qaz balonundan istifadəyə icazənin olmasına, kimin, hansı qurumun icazə verməsinə və partlayışın səbəblərinə hələlik rəsmi münasibət bildirməyib". (Qafqazinfo)