“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.
"FED.az" “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinə istinadən xəbər verir ki, yanğının söndürülməsinə kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.
Eləcə də bax: “EuroHome”dakı yanğında 2 nəfər tüstüdən zəhərlənib - 1 NƏFƏR XƏSARƏT ALIB
Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.
Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.