Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı əlavə məlumat yayıb.
FED.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.