Zəlzələdən zərər çəkənlərə köçürülmə ilə birlikdə 15 min lirə verilməsinin hazırlığı görülür.
Türkiyədə zəlzələdən əziyyət çəkənlərin - KİRAYƏ PULU ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Xüsusilə, zəlzələ bölgəsində ölkənin yenidən ayağa qalxmasına imkan verəcək hərtərəfli proqram hazırlayırıq. İnsanların AFAD hesablarına etdikləri yardımların hər qəpiyi zəlzələ bölgəsindəki fəaliyyətlərə xərclənir", - Prezident bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xeyli sayda insan həlak olub və yaralanıb. (Trend)