Türkiyədə zəlzələdən zərər görən şəxslərin kirayə haqqı ödəniləcək.
Ərdoğan: "Zəlzələ bölgəsindəki bütün binaları bir il içərisində tikib başa çatdıracağıq"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
“Zəlzələdən əziyyət çəkən vətəndaşlarımızın hər birinə 10 min lirə ödəyəcəyik. Çadırlarda qalmaq istəməyən vətəndaşlarımızın 1 il müddətinə kirayə pulları ödəniləcək”, - deyə Ərdoğan qeyd edib.