Türkiyə Təbii Fəlakət Sığorta Təşkilatı (DASK) Kahramanmaraşda baş verən zəlzələlərdən sonra 30 mindən çox zərər müraciəti qəbul etdiklərini açıqlayıb.
Türkiyədə zəlzələdən əziyyət çəkənlərin - KİRAYƏ PULU ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, Təşkilatın baş direktoru Selva Eren, ekspertlər təyin etməyə başladıqlarını və zəlzələdən sonra 24 saat ərzində ilk zərər ödənişini etdiklərini söyləyib. Eren zərər ödəmələrinə davam etdiklərinə diqqət çəkib.
10 Fevral tarixinə zəlzələ sığortası üzrə toplanmış vəsaitlərin 23 milyard TL səviyyəsində olduğunu bildirən Eren, təkrar sığorta qorunması ilə cəmi 117 milyard TL ödəmə qabiliyyətlərinin olduğunu bildirib. (Marja)