Hadisə

Daş bazarında dava - UCUZ SATDIĞI ÜÇÜN DÖYÜLDÜ

Daş bazarında dava - UCUZ SATDIĞI ÜÇÜN DÖYÜLDÜ | FED.az
21:14 12 Okt 2019

Gəncədə yük avtomobillərin sürücüləri arasında dava olub.

FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda olan Daş bazarında qeydə alınıb. 

Eləcə də bax:Yanğından sonra “Binə”nin bir hissəsi sökülür

Belə ki, Göygöl rayon Yeni Qızılça kənd sakini, "KAMaz" sürücüsü Elvin Səttarov başqa bir yük avtomobili sürücüsü Sənan adlı şəxs tərəfindən döyülüb. E.Səttarov xəstəxanaya aparılıb. Məlumata görə, davaya səbəb döyülən sürücünün mişar daşını digərlərinə nisbətən ucuz satmsı olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər