Hadisə

Daha 3 ölkədə - KORONAVİRUS TAPILDI

Daha 3 ölkədə - KORONAVİRUS TAPILDI | FED.az
13:12 24 Fev 2020

Koronavirus halları Küveyt, Bəhreyn və Əfqanıstanda da aşkar edilib.

Eləcə də bax: Koronavirus İrandakı mənzərəni belə dəyişdi - FOTOLAR

FED.az xəbər verir ki, Küveyt və Bəhreyn Səhiyyə nazirlikləri, İrandan qayıdan bəzi insanlarda koronavirusun aşkarlandığını bildirib. Küveyt Səhiyyə Nazirliyi, İranın Məşhəd şəhərindən 3 nəfərdə yeni koronavirusun (Kovid-19) aşkarlandığını açıqlayıb. Həmçinin Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb. 

Bəhreyn Səhiyyə Nazirliyi, İrandan qayıdan bir insanın da koronavirus olduğunu və karantinə alındığını bildirib. Səhiyyə Nazirliyinin açıqlamasına görə, yoluxmanın ölkədə ilk hal olduğunu söyləyib.

Qeyd edək ki, Çinin Wuhan şəhərində yaranan “Kovid-19” epidemiyasından ümumilikdə 2 min 462 nəfər ölüb, ölüm hadisələrinin 2 min 442-si Çində baş verib, yoluxmuşların sayı 79 minə çatıb. İranda koronavirus səbəbiylə həyatını itirənlərin sayının 12 nəfərə çatdığı bildirilib. Həmçinin İtaliyada virusdan ölənlərin sayı 4-ə çatıb.

Digər xəbərlər