Rusiya Federasiyasının İstintaq Komitəsi: Crocus-da törədilən terror aktında ən azı 133 nəfər həlak olub
FED.az bu barədə Ruusiya mediasına istinadən xəbər verir.
İstintaq Komitəsi bildirib ki, Crocus City Hall-da törədilən terror aktının qurbanlarının sayı təsdiqlənmiş 133 nəfərə çatıb .
Hadisə yerində xilasetmə işlərinin davam etdiyi vurğulanır.
Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov xəbərdarlıq etmişdi ki, Krokusda terror aktı qurbanlarının sayı xeyli artacaq. Onun sözlərinə görə, terror aktının baş verdiyi yerdəki dağıntıların təmizlənməsi daha bir neçə gün davam edəcək .
Martın 22-də axşam Krasnoqorskdakı Crocus City Hall konsert zalında terror aktı baş verib . Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra silsilə partlayış səsləri eşidilib və yanğın başlayıb.