Livanda iyunun 25-da dolların kəskin bahalaşmasından sonra əhali küçələrə çıxaraqa etiraz etməyə başlayıb.
2 qardaş 3,6 milyard dollarlıq - BİTKOİN OĞURLAYIB QAÇDILAR
FED.az xəbər verir ki, etirazçıar artıq ikinnci gündür ki, dolları avtomobil təkərləri ilə bağlayıblar. Etirazlar ölkənin paytaxtı Beyrutla yanaşı, Tripoli və Saydu şəhərlərində də qeydə alınıb.
Narazılığa səbəb ötən həftənin 5-ci günündən başlayaraq yerli valyuta – Livan funtunun dollar qarşısında daha da dəyərsizləşməsi olub. Belə ki, dolların məzənnəsi 15 min funtdan 18100 funta yüksəlib. Özü d bu hələ qara bazarda olan məzənnədir.
Livanda dolların rəsmi məzənnəsi isə 1 515 funtdur, amma bu rəqəm artıq çoxdan ciddi qəbul edilmir. Ümumilikdə 2019-cu ilin sonundan indiyədək Livanın milli valutası dollar qarşısında 10 dəfə ucuzlaşıb. Üstəlik banada dollarla əmanəti olanlara həmin pulu dollarla çıxarmağa və xaricə köçürməsinə qadağa qoyulub.
Bəzi ərazilərdə etirazlar iğtişaşlarla müşayiət olunduğuna görə, məsələyə ordu müdaxilə etməli olub.
Livanda iqtisadi problemlər artıq bir neçə ildir ki, davam edir, əhalinin böyük hissəsi yoxsulluq həddindən aşağıda yaşayır. Ölkənin əksər yerlərində enerji 2 saatlıq verilir, yanacaq çatışmır, Yanacaq-doldurma məntəqələrində kilometrlərlə uzanan növbələr var. Etirazçılar da hökumətdən bu problemləri aradan qaldırmağı tələb edirlər.