Mayın 10-da Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında lift şaxtasına düşən qız ölüb.
Eləcə də bax: “Metropark”ın sahibi koronavirusdan - VƏFAT ETDİ
FED.az xəbər verir ki, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub. Mayın 18-i günorta saatlarında A.Əliyeva xəstəxanada vəfat edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo