Rusiyadakı məşhur “Akhmed Fruit Company” şirkətinin təsisçilərindən biri, Bakıda fəaliyyət göstərən “Metropark” ticarət evinin şəriki, tanınmış iş adamı Yavər Əsgərov bu gün Sankt-Peterburq şəhərində koronavirus pandemiyasından dünyasını dəyişib.
Eləcə də bax: Azərbaycanda koronavirusa yoluxanların sayı yenə - SAĞALANLARI ÜSTƏLƏDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Y.Əsgərovun yaxınları məlumat verib.
Məlumatda qeyd edilir ki, ümumiyyətlə “Akhmed Fruit Company”nin işçiləri arasında da koronavirus yayılıb və müalicə alanların bəzilərinin vəziyyəti ağırdır.