Baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur
Bakıda zəlzələ olub – TELEFONLARA BİLDİRİŞ GƏLİB
FED.az xəbər verir ki, bunu bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, kiçik təkanlar həmişə olur.
“Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir"-deyə o qeyd edib
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. (Trend)