Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə Bakı şəhər sakini G.Hüseynovanın bank hesabından 236 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Seyidzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.