Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən 4600 manat dəyərində 340 metr elektrik kabelinin oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Baloğlanov və Vüqar Tahirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.