Bakıda obyektdə yanğın olub.
Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xətai rayonunda ümumi sahəsi 250 kvadratmetr olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan sexin qarşısında təmirə dayanan “Mercedes-Benz” və “Honda” markalı minik avtomobillərinin ön hissəsi, “Hyundai” markalı minik avtomobilinin arxa hissəsi yanıb. Tikilinin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.