Bakıda marketdə kütləvi zəhərlənmə olub.
Eləcə də bax: Beyləqanda 15 nəfər pambıqdan - ZƏHƏRLƏNDİ
FED.az biznes xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb. Mağazada 15-ə yaxın şəxs zəhərlənib. Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.