Beyləqanda pambıqdan kütləvi zəhərlənmə qeydə alınıb.
FED.az xəbər verir ki, əkin sahəsindən qayıdan 15 nəfər zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, hazırda onların vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.